Ağcabədidə avtomobil qoyun sürüsünü vurub.
Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Agcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.
Rayonun Gələbədini kənd sakinləri qoyun sürüsünü yoldan keçirmək istəyərkən həmin yolda yüksək sürətlə hərəkət edən "Hyundai-Sonata" markalı minik avtomobili idarəetməni itirərək sürünü vurub.
Hadisə nəticəsində 10 baş qoyun tələf olub, 11 qoyun isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.