26 yanvar 2021 23:07
1029

Ağdaşda YAP rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə qadınlarla görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə qadınlarla video-konfrans formatında görüş keçirilib. 
Görüşü giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Şəhla Hacıbalayeva tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edərək partiyanın rayon təşkilatının yaranma tarixi haqqında qısa məlumat verib.

26 il ərzində rayon təşkilatının fəaliyyəti və Qadınlar Şurasının gördüyü işlərdən danışan rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva bildirib ki, qadınlar rayonun ictimai-siyasi həyatında hər zaman fəal iştirak edirlər. Şuranın tərkibində birləşən, ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna daima sadiq olan fəal qadınlar partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevin gördüyü misilsiz işlərin rayon qadınları arasında təbliğ olunmasında da geniş iş aparırlar. 

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının üzvləri Fəridə Qasımova və Cəlalə Babayeva çıxış edərək qeyd ediblər ki, 44 günlük Vətən müharibəsinin  Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli səhifəsidir və 2020-ci ilin başlıca hadisəsi kimi tarixə düşüb. 

YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov çıxışında video-konfransın işinə qatılan partiyanın fəallarından olan qadınları rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə təbrik edib, partiyanın artıq dünyada tanınmış nüfuzlu bir siyasi partiya olduğunu, eləcə də bu işdə ulu öndər Heydər Əliyevin canı-qanı bahasına həyata keçirdiyi ardıcıl siyasətdən, 2003-cü ildən isə cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən bəhs edib, pariyamızın ölkəmizin və xalqımızın həyatındakı rolundan danışıb. C.Osmanov qeyd edb ki, 44 günlük Vətən müharibəsi və əldə etdiyimiz parlaq Zəfər ölkəmizdə yeni reallıqlar yaradıb. Əldə olunan bu uğurların Partiyamızın sədri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi uğurlu və düşünülmüş siyasətin nəticəsi olduğunu vurğulayan Cavid Osmanov bildirib ki, Azərbaycan Vətən müharibəsindən qalib ayrılmaqla özünün gücünü və imkanlarını bütün dünyaya nümayiş etdirib. C. Osmanov vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, onların hər zaman ehtiramla yad ediləcəyini, adlarının uca tutulacağını bildirərək qeyd edib ki, Prezidentimiz  cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələlərə hər zaman xüsusi diqqət ayırıblar, onların rəhbərliyi ilə dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına qayğı göstərir, onların bütün sosial problemləri həll olunur. İşğaldan azad edilən ərazilərdə artıq böyük quruculuq işlərinə başlanıldığını bildirən deputat ağdaşlı qadınların həyata keçirilən bu tədbirlərin təbliğ edilməsində hər zaman olduğu kimi yenə də fəallıq göstərəcəklərinə ümidvar olduğunu bildirib.

Fikir mübadiləsi şəklində  davam edən video-konfransda ağdaşlı qadınlar vurğulayıblar ki,  Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi. Bütün dünya Azərbaycan dövlətinin gücünün, onun Silahlı Qüvvələrinin qüdrətinin, xalqımızın qəhrəmanlıq əzminin şahidi oldu. 
Orxan Vahidoğlu, "İki sahil"