11 yanvar 2019 20:37
561

Ağır psixoloji xəstələri nə xilas edir?

Araşdırmalar nəticəsində diabet və ürək xəstəliklərinin müalicəsi üçün istifadə olunan ucuz dərmanların psixoloji xəstəliklər üçün faydalı olduğu ortaya çıxıb. Psixoloji problemləri ilə bağlı xəstəxanaya müraciət edən xəstələrin hər  5 nəfərdən  3-nün bundan müsbət nəticə aldığı deyilib. London Universiteti tədqiqatçılarının araşdırmalarına görə bu metod böyük potensiala malikdir. Lakin müstəqil ekspertlər hesab edirlər ki,  bu yöndə daha çox sınaqlar keçirilməlidir. Tədqiqatçılar başlanğıc nöqtəsini, nəzərdə tutulan dərmanların siyahısından götürərək bu dərmanların ağır psixi xəstəlikləri olan insanlara kömək edə biləcəyini söyləyirlər.

Xolestorola qarşı olan dərmanlar  psixoloji problemlər ilə əlaqəli iltihabı sakitləşdirə, qan təzyiqi dərmanları ,  bipolyar pozğunluqla və şizofreniyaya  bağlı olan beyində kalsium siqnalını dəyişə bilər. Diabet dərmanı olan metformin  isə əhvalı dəyişə bilər.

İsveçrədə şizofreniya və bipolar pozğunluq xəstəliyindən əziyyət çəkən 142 691 nəfərin tibbi bilikləri yoxlanılıb. Daha sonra bu tibbi bilikləri  siyahıda qeyd olunan dərmanları qəbul edən xəstələrin tibbi bilikləri ilə qarşılaşdırıblar. İsveç psixopevti həkim  Cozef  Hayes nəticələr haqqında belə demişdi : “İnanılmaz dərəcədə heyranedicidir. Qeydiyyat kağızlarının sayında azalma var. Bu, o deməkdir ki, nəticə müsbət yöndədir. Bu nəticə bu metod üçün  sadəcə bir  başlanğıcdır”.

Bir çox tədqiqatçılar bu mövzuda bir sıra araşdırmalar aparmağa davam edirlər. Hətta bu dərmanları qəbul edən xəstələrlə, narkotikdan istifadə edən insanların sağlamlıq nəticələri də qarşılaşdırılıb. Lakin dərmanları qəbul edən xəstələrin sağlamlıq nəticələri digərlərinkindən yaxşı çıxıb.

Araşdırmalar nə qədər müsbət nəticə versə də təqdiqatçılar daha çox sınaqlar aparılmasının tərəfdarıdırlar.  Çünki nəticələr hələ də qismən şübhəlidir və müalicə metodu kimi tam rəsmi olaraq təsdiqlənməyib.

Röya Rasimqızı