11 yanvar 2019 15:54
3130

Akademik Xoşbəxt Yusifzadə Cenevrədə təltif edilib FOTO

UNCOPA təşkilatı akademik Xoşbəxt Yusifzadəni təltif edib


İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən UN Council for Public Awards (UNCOPA) təşkilatı özünün 27 dekabr 2018-ci il tarixli qərarı ilə Azərbaycanın məşhur neftçi-alimi, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəni dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Avropa Xidmət ordeni ilə təltif etmişdir.