17 mart 2020 16:08
2384

Akif Məlikov təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Akif Məlikovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Akif Turan oğlu Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".