22 avqust 2019 14:20
779

AL: Pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək

Avqustun 22-də UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, mərhələnin birinci oyun günündə 21 qarşılaşma oynanılacaq.

Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” klubu səfərdə Şimali İrlandiyanın “Linfild” komandası ilə qarşılaşacaq. Belfastdakı “Uindzor Park” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Türkiyənin “Trabzonspor” klubu da ilk oyununu səfərdə keçirəcək. Ünal Karamanın baş məşqçisi olduğu kollektiv Yunanıstanın AEK komandası ilə üz-üzə gələcək.

Günün digər oyunları aşağıdakılardır:

“Astana” (Qazaxıstan) - BATE (Belarus);

“Ararat” (Ermənistan) – “Düdelanj” (Lüksemburq);

“Malmö” (İsveç) - “Bney Yehuda” (İsrail);

“Suduva” (Litva) – “Ferentsvaroş” (Macarıstan);

“Feyenoord” (Hollandiya) - “Hapoel Bier-Şeva” (İsrail);

“Ludoqorets” (Bolqarıstan) – “Maribor” (Sloveniya);

“Kopenhagen” (Danimarka) – “Riqa” (Latviya);

“Legiya” (Polşa) - “Reyncers” (Şotlandiya);

“Alkmaar” (Hollandiya) - “Antverpen” (Belçika);

“Styaua” (Rumıniya) – “Vitoriya Gimaraeş” (Portuqaliya);

“Gent” (Belçika) - “Riyeka” (Xorvatiya);

“PSV Eyndhoven” (Hollandiya) - “Apollon” (Kipr);

“Strasburq” (Fransa) - “Ayntraxt” (Almaniya);

“Braqa” (Portuqaliya) – “Spartak” (Rusiya);

“Seltik” (Şotlandiya) - AİK (İsveç);

“Espanyol” (İspaniya) - “Zarya” (Ukrayna);

“Partizan” (Serbiya) – “Molde” (Norveç);

“Slovan” (Slovakiya) - PAOK (Yunanıstan);

“Torino” (İtaliya) - “Vulverhempton” (İngiltərə).

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.