12 dekabr 2019 20:32
944

Aleksandr Çumakov: Heydər Əliyev respublikanı xaosdan qoruya bildi

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində maşınqayırma, yüngül sənaye və nəqliyyat, mədəniyyət və təhsil sahələrinə rəhbərlik edərək Sovet İttifaqı üçün məsuliyyətli bir dövrdə mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri RF Hökuməti yanında Maliyyə Universitetinin fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakov söyləyib.

A.Çumakov qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan çox mürəkkəb hadisələrin mərkəzində olub. Ölkə üçün ağır bir vaxtda rəhbərliyə qayıdan Heydər Əliyev respublikanı xaosdan qoruya və digər ölkələrlə, ən başlıcası Rusiya ilə münasibətləri tez bir zamanda yoluna qoya bilib, bununla da bu gün də qurulan Rusiya-Azərbaycan münasibətlərinin əsasını qoyub. O, böyük insan və həqiqətən də tarixi şəxsiyyətdir.