-İnsan bədənində qan dövranı olmayan yeganə hissəsi - gözün buynuz qişasıdır. Gözün bu hissəsi oksigeni bilavasitə havadan alır.
-Qadın ürəyi, kişi ürəyindən daha tez döyünür.
-İnsan yeganə məxluqdur ki, kürəyi üstündə yata bilir.
-Ana bətnində olan uşaq 7 ayına qədər eyni vaxtda həm nəfəs alıb, həm də uda bilir.
-Alimlərin müşahidələrinə görə, sağ əlini işlədən insanlar solaxaylardan təxminən 9 il daha çox yaşayırlar.
-İnsan bədəninin 80% istiliyi beyindən çıxır.
-Tibbdə göbəyin elmi adı- umblikusdır.
-Şəhadət barmağı insan əlinin ən hissiyyatlı barmağıdır.
-İnsan utandıqca qızarır və bu zaman onun mədəsidə qırmızı rəngdə olur.
-Böyüklərdə qan dövranı 20-28 saniyəyə, yetkinlərdə- 18 saniyəyə, usaqlarda 15 saniyəyə baş verir. Gün ərzində qan bədəni 1.5-2 min dəfə dövr edir.
-İnsan başı 29 fərqli sümükdən ibarətdir.
-Asqırma zamanı ürək dayanır.
- Barmaqların unikal izləri insanlardan başqa koalalarda da olur.
- İnsan həftələrlə ac qalsa dözə bilər, lakin 10 gün yuxusuz qalsa ölə bilər.
- İnsanın sağ ağ ciyərində, sola nisbətən daha çox hava dövr edir.
- Bədənimizdə 2 kiloqrama yaxın bakteriya yaşayır.
-Yetişkin insanlarda sümük uşaqlardan daha azdır. Anadan olanda uşağın 300-yə yaxın sümüyü olur, böyüdükcə 200-yə qədər azalır.
- İnsan gördüyü yuxuların 90%-ni unudur.
-Sevdiyimiz insana baxanda, göz almacıqlarımız 45% böyüyür.
-İnsan oyaq olanda beynində lampanı yandıracaq qədər elektrik istehsal edir.
-Dünyada yaşayan insanların cəmi 7%-i solaxaydır.
- Yalnız 1% bakterialar insan bədənində narahatlıq törədə bilər.
-İnsan bədəninin yeganə hissəsi dişdir ki, regenerasiyaya malik deyil.
- Bədənimizdə orta hesabla 9000 qələm düzəldəcək qədər karbon var.
-İnsan doğulanda bir neçə müddət kar olur.
-Bədənimizdə olan bütün dəmiri toplasaq 5 sm-lik balaca mismar alınar
- Dünyada 100-ə yaxın viruslardan insanda burunaxma yarana bilər.
-İnsan bədənində cəmi 4 mineral var: apatit, aroqonit, kalsit, kristobalit.
-Uşaqlar yaz fəslində daha tez böyüyürlər.
Samirə Tağıyeva, “İki sahil”