07 may 2020 12:22
1884

Alişandan romantik paylaşım

Türkiyənin tanınmış müğənnisi Alişan Busə Varolla evliliklərinin ikinci ildönümü münasibətilə paylaşım edib. "İki sahil" xəbər verir ki, sevilən müğənni toy günlərindən bir fotonu “İnstagram” hesabında paylaşıb.

Alişan romantik paylaşımını bu sözlərlə şərh edib: “Xəyallarıma qovuşduğum, sevdiyimi aldığım, ailə qurduğum, evləndiyim gün bu gündür... Evlənəndə söz verdiyim kimi, xəstəlikdə, sağlıqda - bir ömür boyu, inşallah, sən və mən. Səni çox sevirəm, xanımım... Burak sənin kimi bir anaya, mən də sənin kimi bir həyat yoldaşına sahib olduğumuz üçün çox şanslıyıq... Birlikdə, sağlıqla, xoşbəxtliklə çoxalaraq neçə gözəl illərimiz olsun, inşallah.”