29 yanvar 2020 16:04
1324

Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə edilib 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) İdarə Heyətinin sədri Fərid İsayev və icraçı direktoru Tobias Bauman ilə görüşüb.

"İki sahil" xəbər verir ki, görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, KOBİA-nın və Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti barədə məlumat verilib, KOB sahəsində Agentlik və palata arasında, eləcə də bazar araşdırmaları və startaplara dəstək sahəsində əməkdaşlıq, palataya üzv olan şirkətlərlə yerli KOB-lar arasında əlaqələrin genişləndirilməsi, Agentliyin “KOB Dostu” şəbəkəsinə texniki dəstəyin göstərilməsi, birgə tədbirlərin və Almaniyaya təcrübə səfərinin təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb.