27 fevral 2020 12:04
1622

Almaniyada koronavirusa yoluxanların sayı artıb

Almaniyada koronavirusa yoluxanların sayı 22-yə yüksəlib.

Bu barədə ölkənin ZDF kanalı məlumat yayıb.

Şimali Reyn-Vestfaliya federal əyalətində yeni yoluxma halı qeydə alınıb. Bu, həmin bölgədə üçüncü yoluxma hadisəsidir. Hazırda virusa yoluxanların da iştirak etdiyi karnavalın 300-dən artıq iştirakçısı yoxlanılır.

Almaniya hökumətinin sözçüsü Şteffen Seybert bəyan edib ki, ölkə virusun yoluxma hallarının artmasına hazırlaşır. //Azvision.az