08 noyabr 2019 17:11
144

Almaniyada şaxtada PARTLAYIŞ - 38 nəfər...

Almaniyada şaxtada partlayış olub.

"İki sahil" APA-ya istinadən xəbər verir ki, partlayış Saksoniya-Anhalt federal torpağında yerləşən mədəndə qeydə alınıb.  

Qəza zamanı şaxtada 38 nəfər olub. Xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Onlarla insan yeraltı sığınacaqdadır.

Hadisə yerində xilasedicilər çalışır.

Partlayışın baş vermə səbəbi hələlik məlum deyil.