13 dekabr 2019 17:50
784

Almaniyada yaşayış binasında partlayış - 1 ölü, 25 yaralı

Almaniyanın Blankenburq şəhərində beşmərtəbəli yaşayış binasında güclü partlayış nəticəsində 1 nəfər həlak olub.

"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, daha 25 nəfər xəsarət alıb. 

Hadisə bu gün saat 08:55-də baş verib.

İlkin məlumatlara görə, evdə məişət qazı partlayıb.

Bina sakinləri təxliyyə edilib. Hadisə ilə bağlı işçi qrupu yaradılıb.