15 yanvar 2019 16:14
257

Almanlar Las-Veqası Detroytdan üstün tutdular

Almaniyanın “Audi”, “Mercedes” və “BMW” kimi premium-klass brend avtomobil istehsalçıları yanvarın 14-də açılışı keçirilən bir vaxtlar məşhur olmuş texnologiya şousunda – Detroytdakı əfsanəvi avtomobil salonunda iştirak etməkdən imtina ediblər. “Mitsubishi”, “Volvo” və “Jaguar” da Detroyta getməyəcəklər. Avtomobil eksperti, Duysburq-Essen Universitetinin professoru Ferdinand Dudenheffer Almaniya KİV-lərinə müsahibəsində bildirib ki, onda sanki soyuq Detroytda yanvarın 14-dən 27-dək təşkil edilmiş dəfn mərasimində iştirak etməsi barədə təsəvvür yaranıb.

AZƏRTAC xəbər verir ki, eyni zamanda, yanvarın 8-dən 12-dək Las-Veqasda keçirilən digər texnologiya sərgisi - “CES” (Consumer Electronics Show və ya İstehlak Elektronikası Sərgisi) böyük maraq doğurub. Bu, həmçinin Detroytdakı avtosalona marağın azalması səbəbindən baş verib. “Avtomobil istehsalçılarının elektromobillərə və avtonom idarəetmə kimi mövzulara marağının artması səbəbindən onların Las-Veqasa səfərləri də tez-tez olur”, - deyə “Frankfurter Allgemeine Zeitung” qəzeti qeyd edib.