03 iyun 2019 17:14
808

Alonso “Ferrari”də Fetteli əvəz etmək niyyətindədir

İspaniyalı yürüşçü, ikiqat dünya çempionu Fernando Alonso “McLaren” komandasının heyətində deyil, “Ferrari”də Sebastian Fetteli əvəz etməklə Formula 1 yarışlarına qayıda bilər.

AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, ispaniyalı yürüşçü məhz bu mümkün vakansiyaya nail olmağı qarşısına məqsəd qoyub. Fettelin İtaliya komandasının tərkibində gələcəyi qeyri-müəyyəndir. Fettel onun üçün uğursuz başlayan 2019-cu il mövsümünün sonunda kollektivi tərk edə bilər.

Daha əvvəl də Alonso özünün Formula 1-ə mümkün olan qayıdışını istisna etmirdi. O, pilot bazarında hadisələrin necə cərəyan edəcəyindən çox şeyin asılı olduğunu bildirmişdi.

Xatırladaq ki, Fernando Alonso ötən ay “İndianapolisin 500 mili” yürüşlərinin təsnifatını keçə bilməyib.