21 yanvar 2019 17:00
1075

Alvaro Morata İspaniyaya qayıdır

İngiltərənin “Çelsi” futbol klubunun ispaniyalı hücumçusu Alvaro Morata karyerasını vətənində davam etdirəcək.

AZƏRTAC “Cadena Cope” saytına istinadla xəbər verir ki, cari mövsümdə əsas heyətdə az oyun keçirən 27 yaşlı hücumçu icarə əsasında “Atletiko Madrid” klubunda çıxış edəcək. Artıq tərəflər keçidlə bağlı razılıq əldə ediblər. Transferin yaxın günlərdə elan olunacağı gözlənilir.

“Çelsi” klubu isə İtaliyanın “Yuventus” komandasına məxsus Qonsalo İquaini icarəyə götürmək üçün danışıqlar aparır.

Qeyd edək ki, Morata cari mövsümdə İngiltərə çempionatında 16 oyunda 5 qol vurub.