20 may 2019 19:36
1336

AMEA YT Parkın məhsulları ilə tanışlıq

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal prosesi ilə tanış olublar.

Əvvəlcə YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzinə baxış olub. Mərkəzin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə tərəfindən laboratoriyanın avadanlığı, imkanları və burada göstərilən xidmətlər barədə məlumat verilib.

Qonaqlar daha sonra YT Parkın rezidentləri - AMEA Təcrübə Sənaye Zavoduna və “Millers Oils Azerbaijan” MMC-nin istehsal sahəsinə gedərək hazır məhsullarla tanış olublar. Həmçinin YT Parkın digər rezidenti “Elm və Texnologiya Parkı” MMC tərəfindən istehsal olunan dronlar və pilotsuz uçuş aparatları barədə məlumat alıblar.