16 yanvar 2021 13:12
892

Amsterdam turistlərə marixuana satılan kofeşoplara girişi məhdudlaşdırır

Şəhərə olan münasibəti müsbətə doğru dəyişmək üçün  Amsterdam  əsas turistik məkan hesab edilən kafeşoplara girişi məhdudlaşdırmağa qərar verib.  
Bələdiyyə Başçısı Femke Halsemanın təklifi ilə yalnız hollandiyalı sakinlərin anaşa (marixuana) satan məntəqələrə girməsinə icazə veriləcəkdi. Yerli polis və prokurorluq tərəfindən dəstəklənən bu plan  marixuana  ticarəti ilə əlaqəli narkotik maddələrin axını və mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədi daşıyır.  "Marixuana  bazarı çox geniş vüsət alıb və durmadan  inkişaf edir, mən bu ticarətin qarşısını almaq  və idarə olunacaq vəziyyətə gətirib çıxarmaq  istəyirəm" - deyə Halsema  bildirib. 
Halsema, dükan sahibləri ilə müzakirələr də daxil olmaqla bağlanan müqaviləni cümə günü Amsterdam məclisinə təqdim edib. Müqavilə gələn ilin əvvəlindən qüvvəyə minəcək. 
Bu təşəbbüslə Amsterdam şəhərə üz tutan turist  axınını sürətli  şəkildə azaltmağı  və sakinlərin həyat keyfiyyətini yaxşılaşdırmağı düşünür. 
Qeyd edək ki, bu ölkənin turist axınını azaltmaq  üçün atdığı son addımdır. Ucuz uçuşlar tarixi şəhəri populyar və izdihamlı bir şəhərə çevirmişdi. Koronavirusun yaratdığı  karantin qaydaları və qapanmalardan əvvəl  Qirmizi Fənərlər küçəsinə, kofeşoplara və mənzərəli  kanallarıa ayda 1 milyondan çox ziyarətçi  səyahət edirdi. Bu isə ümumilikdə gələn turistlərin şəhər sakinlərinin sayından daha çox olduğunu göstərirdi. Halsema xüsusəndə kofeşopların turistərin  xidmətində olduğunu, turistlərin bura axın edərək  marixuana qəbul edib, yerli  insanlara zərər verdiyini vurğulayıb. Halsema daha əvvəl turist artımının cinayətkarlığın-narkotikin satışını da artırdığını demişdi. 
bloomberg.com saytının materialları əsasında hazırladı:
 Leyla Şıxəli Bayramlı, “İki sahil”