19 sentyabr 2019 14:34
652

Ana və oğulun intihara cəhdinin qarşısı alınıb

Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları bu cəhdin qarşını alıblar.

Onlar İmişli Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.