12 dekabr 2019 15:33
654

Anadolu agentliyi: “Azərbaycanın memarı Heydər Əliyev”

Türkiyənin Anadolu Agentliyi ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar analitik məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın memarı Heydər Əliyev” sərlövhəli məqalədə Ulu Öndərin həyatı və siyasi fəaliyyətindən bəhs olunur, onun rəhbərliyi ilə qazanılan uğurlar təhlil edilir.

“Ümummilli lider adı ilə yaşadılır”, “Azərbaycanı istiqlala qovuşdurdu”, “İqtisadi inkişafın təməlini qoydu”, “Türkiyəni həqiqətən də çox sevirdi” yarımbaşlıqları ilə təqdim olunan yazıda dünya şöhrətli siyasi xadimin keçdiyi həyat yoluna dair bioqrafıq faktlar yer alıb.