19 iyul 2019 20:01
1770

Ananas ən bahalı meyvə imiş...

Ananas 1700-cü illərdə bolluq rəmzi idi. Çünki ananas Avropada yetişdirilmirdi. İstehlakçılar bu meyvəni Avopaya nadir tapılan və ekzotik meyvə olaraq tanıdırdılar və həmin vaxt ananasa olan tələbat yüksək olsa da, avropalılar onu asanlıqla əldə edə bilmirdilər.

Çünki o vaxtlar bir ananasın qiyməti bu günün qiyməti ilə desək, 8 min dollar dəyərində idi. Amma indi ananası istənilən ailədə görmək mümkündür və daha dəqiq desək, artıq ananas “nadir tapıntı” hesab olunmur.

Amma hələ də dünyada bahalı ananaslar var.

Birləşmiş Krallığın Heliqan Bağlarının peyin qarışdırılmış palçıqlı hissəsində qeyri-adi üsullarla və xüsusi iqlim şəraitində xüsusi ananaslar yetişdirilir.

1991-ci ildə bu nadir üsül bütün ölkəyə yayıldı və 2 il sonra dövlət bu üsuldan istifadə etməyə başladı.

Əslində xüsusi yetişdirilən bu ananaslar bazarda satılmır. Xüsusi üsulla yetişdirilən ananasın hər birinə 1300 dollar pul xərclənir.

Bəs bu ananaslar satışa çıxarılmırsa hara gedir?

Bu ananaslar onu yetişdirən işçi qüvvəsinə təşəkkür əvəzi olaraq hədiyyə kimi verilir. Maraqlıdır ki, iki dənə seçilmiş ananaslardan biri adı açıqlanmayan bir şəxsə, digəri isə Kraliçaya evliliyinin 50 illiyi şərəfinə hədiyyə olaraq verilmişdi.

thefactsite.com saytının materialların əsasında hazırladılar:

Leyla Şıxəli

Fidan Əlizadə