30 sentyabr 2020 21:21
1126

Anar Nəzirov: Vətənə xidmət etmək hamımızın borcudur

"Millətimiz, xalqımız yumruq kimi birləşib. İnsanlar vətənə borclu olduqlarını düşünür və onun üçün nə isə etməyə çalışırlar".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qəbələ"nin kapitanı Anar Nəzirov cəbhə bölgəsində baş verən hadisələrlə bağlı danışarkən deyib. 

35 yaşlı qapıçı xalqın birliyini, bərabərliyini görəndə qürur hissi keçirdiyini bildirib: "Xalqımla, millətimlə fəxr edirəm. Hamımızın borcu Vətənə xidmət etməkdir. Vətən üçün, yurd üçün daim hazır olmalıyıq. İstənilən vaxt döyüşə hazırıq. Allah Ordumuzu və əsgərlərimizi qorusun".