14 may 2019 11:29
1388

“Anatolian Phoenix-2019” təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib -  VİDEO - FOTO

“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, brifinqdə təlimin məqsədi, ekipajların vəzifələri, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı təlimatlar şəxsi heyətə çatdırılıb.
Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin iki Mi-35 və iki Mi-17 helikopteri iştirak edir.