Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
29 sentyabr 2020 02:19
305

Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rənglərilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Atakule üstündəki işıq-şou Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə təşkil olunub.

Atakule qülləsinin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi, onun ardınca isə “Can Azərbaycan!” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdədir.

İşıq-şou yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.