Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 01:35
629

Antarktidada adi ağcaqanadlar peyda olundu

Qlobal iqlim dəyişikliyi Cənub qütbündə anormal hadisələrin meydana gəlməsinə gətirib çıxarıb.

Bu barədə “İki sahil” “İnterfaks”a istinadən xəbər verir.

Belə ki, Antarktidanın Kinq-Corc adasında ağcaqanadlar peyda olub. Rusiyanın Antarktika Ekspedisiyasının rəhbəri Aleksandr Klepikov bildirib ki, adada ağcaqanadlar bir müddət əvvəl görünməyə başlayıb.

“Bu insan faktoru səbəbindən baş verib. Buna qədər elm adamları Antarktidada ağcaqanadlarla qarşılaşmayıb. Daha əvvəl Antarktidada belə bir problem yox idi. Elm adamları üçün bu qeyri-adi hadisədir. Vəziyyəti öyrənmək üçün tədqiqatlar aparılacaq” .