12 iyul 2019 20:49
281

Antuan Qrizmannın “Barselona”ya keçidi rəsmiləşib

Fransa milli komandasının futbolçusu Antuan Qrizmannın “Barselona”ya keçidi rəsmiləşib. 

APA-nın məlumatına görə, İspaniya klubu hücumçu ilə anlaşmanı saytı vasitəsilə açıqlayıb. 

28 yaşlı futbolçunun transferi 120 milyon avroya başa gəlib. İspaniya “Atletiko”sundan gələn A. Qrizmannla 5 illik müqavilə imzalanıb.