04 iyun 2020 17:39
884

Apteklər bağlı olacaq, dərmanları əvvəldən almaq lazımdır

“Apteklərin bağlanması ilə bağlı bu günlərdə vətəndaşlar zəruri dərman ləvazimatlarını əvvəldən ala bilərlər”. “İki sahil” APA-ya istinadən xəbər verir ki,  bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, ancaq təcili hallar olarsa, bununla bağlı təcili tibbi yardım briqadaları vasitəsilə həmin şəxslərə xidmət göstəriləcək.