11 iyul 2019 13:03
146

AQTA yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqinə nəzarət edəcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üzrə regional bölmələrin cavabdeh şəxsləri ilə görüş keçirilib.

"İki sahil" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Görüşdə pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin istehsalına, saxlanmasına, satışına, tətbiqinə, idxal-ixracına, həmçinin bütün növ bitkiçilik məhsullarında, yemlərdə, yem əlavələrində və torpaqda qalıq miqdarına nəzarət tədbirləri ilə bağlı iştirakçılara məlumat verilib.

Bildirilib ki, yüksək toksiki-ekoloji təhlükəli preraparatların və onların analoqlarının tətbiqi yalnız Agentliyin regional bölmələrinin müvafiq rəyi və nəzarəti altında həyata keçirilməlidir.

Tədbirdə “Pestisidlərdən istifadə zamanı təhlükəsizlik və şəxsi gigiyena qaydalarına dair” təlimat paylanıb.

Qeyd edilib ki, Agentliyin regional bölmələri üzrə cavabdeh şəxslər fəaliyyətləri zamanı həmin təlimatdan istifadə edəcək, bu sahədə fəaliyyət göstərən sahibkarların, həmçinin kəndlilərin dəstəklənməsi istiqamətində lazım olan bütün tədbirləri həyata keçirəcəklər.