KÖŞƏ

Vəli İlyasov

Araba kölgəsinə sığınan ermənilər qorxu içində

22 aprel 2019 10:34
560

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 12-dən müxtəlif qoşun növlərinin hərbi hissələrinin birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimlərin beş gün davam etməsi işğalçı Ermənistanda təşvişlə qarşılanıb.

Xatırladaq ki, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və döyüş aviasiyası cəlb olunmuşdu.

Azərbaycanda keçirilən irimiqyaslı hərbi təlimlər Ermənistanı əməlli-başlı silkələyib. Hətta mətbuatda verilən məqalələrdə bu qorxu açıq ifadə olunur. Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” kimi sərsəm bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırdı. Xüsusilə, Azərbaycan tərəfinin bununla bağlı verdiyi bəyanatlar Ermənistanda ciddi narahatlıqlar yaratdı.

Vyana görüşündən sonra Prezident İlham Əliyev “Müharibə hələ bilməyib” bəyanatını verdi. Ardınca müdafiə naziri Zakir Həsənov bildirdi ki, “Əgər ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm”. Məhz bu fikirlər ermənilərin qorxularının daha da artmasına  səbəb olub.

Ermənistan mediası artıq bir neçə gündür ki, “Həsənov Tonoyanla İrəvanda görüşəcək” fikirlərini şərh edir, “Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı” sualı üzərində müzakirələr aparırlar. İrəvandakı müzakirələr erməni hərbi birləşmələrinin döyüş qabiliyyətinin zəifliyi, nizam-intizamın olmadığı, orduda rüşvətxorluq barədə məlumatlar fonunda davam edir.

Erməni şərhçi Aram Sarkisyan yazır ki, Ermənistan ordusundakı problemlər təcili şəkildə həll olunmalıdır.

“Bu gün orduda problemlər hələ də qalır. Mövcud vəziyyət ordunun müharibə aparması üçün adekvat deyil. Buna görə də Tonoyan indidən Həsənovu İrəvanda necə qarşılayacağı haqqında düşünməlidir”, - deyə o  bildirib. Ermənistan ordusunun generalı Ter-Tadevosyan hətta mətbuata açıqlamasında bildirib ki, indiki ordu ilə döyüş əməliyyatları aparmaq mümkün deyil. Çünki Azərbaycan Ordusu Ermənistan ordusunu bütün parametrlər üzrə dəfələrlə üstələyir.

Bəzi sərsəm ermənilər isə vəziyyətdən çıxmaq üçün beynəlxalq təşkilatlara ərizə ilə şikayət etməyi məsləhət görüblər. Onlar təlim keçirərkən qonşu ölkələrin razılığının alınmasını tələb edəcəklərini bildiriblər. Sual yaranır: Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, bir milyona qədər insanı yurdundan didərgin salanda, on minlərlə azərbaycanlının qanını axıdanda və başqa hərbi cinayətləri törədəndə qonşu ölkələrdən və beynəlxalq təşkilatlardan icazə almışdımı? İşğal edilmiş torpaqlarını azad etmək üçün biz kimdən icazə almalıyıq?

Görəsən, istehza doğuran bu sualı  ermənilər necə izah edə bilərlər? İndi xarici havadarlarından əlləri üzülən ermənilər gülünc bəyanatlar verir, qorxduqlarını açıq ifadə edir, üstəlik haray-həşir salaraq dünyadan kömək istəyirlər.

Əlbəttə, onlar yaxşı bilirlər ki, Ermənistan ordusu Azərbaycan Ordusunun qarçısında tab gətirə bilməz. David Tonoyan və bəzi onun kimilərinin qara-qorxu gəlməsi isə araba kölgəsinə sığınan qorxaq köpəyin gəlib-gedənə hürməsinə bənzəyir.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...