11 sentyabr 2019 17:06
335

Arda Turan həbs edildi - 2 il 8 ay...

Türkiyənin tanınmış futbolçusu Arda Turan haqqında həbs qərarı çıxarılıb.

Publika.az xəbər verir ki, futbolçunun müğənni Berkay Şahin ilə aralarında yaşanan davaya görə açılan məhkəmə prosesi başa çatıb.

Məhkəmənin qərarı ilə Arda Turan 2 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. O, qorxu və təşviş yaradacaq şəkildə silahla atəş açma, sənədsiz silah gəzdirmək və qəsdən xəsarət yetirməkdə ittiham olunub.

Arda Turan qərardan sonra yazılı açıqlama verə5rək bildirib ki, türk ədaləti bu ağır ittihamların çirkin şər olduğuna qərar verdi.

Qeyd edək ki, Arda Turan sözügedən məhkəmə prosesinə qatılmayıb. Məhkəməyə təqdim olunan ittihamnamədə Arda Turana “cinsi zorakılıq”, “qəsdən xəsarət yetirmə”, “qorxu və təşviş yaradaxaq şəkildə silahla atəş açma”, “sənədsiz silah gəzdirmək” cinayətlərində günahlandırılırdı. Buna görə də 3 il 3 aydan 12 il 6 aya qədər həbs cəzası tələb edilirdi.