23 yanvar 2021 18:04
829

“Arsenal”ın növbəti transfer hədəfi

“Arsenal” “Sauthempton”un futbolçusu Rayan Bertrandı transfer etmək istəyir.

"İki sahil" xəbər verir ki, bu barədə “Evening Standard” nəşri məlumat yayıb. Baş məşqçi Mikel Arteta 31 yaşlı müdafiəçini Kiran Tirinlə rəqabət yarada biləcəyini düşünür.

İngiltərəli oyunçunun klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Bertrand “Sauthempton”la 18 matç keçirib.