14 yanvar 2020 17:48
198

"Arsenal"ın yetirməsi "Zirə"də

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.

"Report" qəsəbə təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Alie Sesayı heyətinə qatıb. 

25 yaşlı sierra leoneli müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərənin "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.