02 avqust 2019 16:15
1091

Artilleriyaçılarımız silah və hərbi texnikaya baxış keçiriblər -  VİDEO

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, silah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.
Püşkatmanın nəticələrinə əsasən birinci mərhələdə artilleriyaçılarımız Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.
Müsabiqə avqustun 17-dək davam edəcək.