* Atasına oxşayan qızlar məsuliyyətdən qorxmur və heç bir işi gözlərində böyütmürlər.
* Bu qadınlar istər iş həyatında, istərsə də şəxsi həyatlarında çox cəsur olurlar.
* Ailələrinə çox bağlıdırlar və onlar qarşısında məsuliyyət hiss edirlər.
* Müstəqildirlər və azadlıqlarını hər şeydən üstün tuturlar. Kiminsə etdikləri seçimlərə müdaxilə etməsi onları özlərindən çıxara bilər.
* Olduqca ədalətlidirlər. Haqsızlıq gördükdə susmaq onlar üçün deyil. Dürüstlük hər şeydən vacibdir.
* "Yalnız kişilər üçün" hesab etdiyiniz hər şeyi yerlə-yeksan edir və mütləq o işlərin içində yer alırlar. Onlar bərabərhüquqlu olmağı bacarırlar.
* Heç kim onları incidə bilməz. Belə şey olduğu halda isə sonuna qədər mübarizə aparırlar.
* Təhsilə və özlərini inkişaf etdirməyə çox böyük əhəmiyyət verirlər. Bir yerdə durmaq və inkişaf etməmək onlar üçün dəhşətli bir şeydir. Öz ayaqları üzərində durmağı həyatlarının şüarına çevirirlər.
* Gizli işləri, digərlərinin arxasınca danışmağı, qeybəti və dedi-qodunu heç sevmirlər və istədikləri şeyi üzə birbaşa deməyi bacarırlar.
* Kiminsə qəlbini sındırmaqdan çox qorxurlar. Onlar üçün dostluq, yoldaşlıq olduqca əhəmiyyətlidir.