19 sentyabr 2020 11:25
1194

Atlantik okeanda fırtına qopur

Atlantik okeanda "Beta" tropik fırtınası yaranıb.

“İki sahil” Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Qasırğa İzləmə Mərkəzi tərəfindən bildirilib.

Məlumata əsasən, tropik fırtına daxilində küləyin sürəti 18 m/s-yə çatır. Fırıtına Meksikanın liman şəhəri Tampikodan təqribən 545 km şimal-şərqdə yerləşir.

"Beta" təxminən 15 km/saat sürətlə şimal-şərqə doğru hərəkət edir.