12 avqust 2020 18:53
1565

"Atletik"in 6 futbolçusu koronavirusa yoluxdu

İspaniya "Atletik"i komanda üzvləri arasında keçirilən koronavirus testlərinin nəticələrini açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bilbao təmsilçisinin 6 futbolçusunda infeksiya aşkarlanıb.

Analizi müsbət çıxan oyunçulara artıq məlumat verilib və onlar özlərini təcrid ediblər.

Qeyd edək ki, təkrar testləşdirmə avqustun 14-də keçiriləcək.