12 dekabr 2019 16:02
720

Aviaşirkətlər “Wizz Air”in çağırışını eşidəcəklərmi?

Macarıstanın “Wizz Air” aviaşirkəti öz həmkarlarını uçuş müddəti beş saatdan az olan bütün reyslərdə biznes-klaslardan imtina etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, “Wizz Air” aviaşirkətinin müraciətində qısa reyslərdə biznes-klası prinsip etibarilə qadağan etmək lazım olması vurğulanır.

Şirkətdə əmindirlər ki, biznes-klaslar ekonom-klaslarla müqayisədə ekologiyaya iki dəfə artıq ziyan vururlar. Macarıstan aviaşirkəti hesab edir ki, uçuş müddəti beş saatdan az olan reyslərdə biznes-klasla uçuş həm bədxərclik, həm də planetin gələcəyi üçün təhlükə mənbəyidir.