29 sentyabr 2020 16:35
830

Avqustda mis filizləri və konsentratlarının istehsalı artıb

Avqustda mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərinin 243,7 tonu mis filizləri və konsentratlarının payına düşüb.

"İki sahil" Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, mis filizləri və konsentratlarının istehsalı iyulla müqayisədə 12,1 ton artıb.

Sentyabrın 1-nə olan vəziyyətə əsasən, hazır məhsul ehtiyatı 301 ton təşkil edib.