15 mart 2019 13:56
921

Avroliqada 1/4 və yarımfinal mərhələsinin püşkü atılır

Bu gün Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında da 1/4 final və yarımfinal mərhələsinin püşkü atılacaq.

Qol.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq bu mərasim də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Tədbirdə 1/4-ə vəsiqə qazanan komandalar həm bu, həm də yarımfinal mərhələsindəki rəqiblərini tanıyacaqlar.

Püşkatmada həm də mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun nominal meydan sahibi də müəyyənləşəcək.

Avropa Liqası

1/4 final iştirakçıları

"Çelsi" (İngiltərə)

"Arsenal" (İngiltərə)

"Napoli" (İtaliya)

"Valensiya" (İspaniya)

"Vilyarreal" (İspaniya)

"Ayntraxt" (Almaniya)

"Benfika" (Portuqaliya)

"Slaviya" (Çexiya)

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 11-18 apreldə, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.