06 iyul 2020 15:00
1517

Avstraliyada çiyələyin içərisində iynə tapılıb

Avstraliyanın Cənubi Avstraliya ştatında mağazaların birində çiyələyin içərisində iynə aşkar edilib.

Bu barədə ştat polisi bildirib. Qeyd olunur ki, iyunun 27-dən iyulun 1-dək 3 bu cür insident baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında müxtəlif istehsalçıların məhsullarında, çiyələk, banan, alma və armudlarda iynələr aşkar edilmişdi. Həmin dövrdə bir qadın çiyələklərin içinə iynə qoymaqda təqsirli bilinmişdi. //Trend