12 avqust 2020 13:38
766

Avstraliyada son sutkada 21 nəfər COVID-19-dan ölüb

Avstraliyada koronavirus pandemiyası başladığı vaxtdan etibarən bir gün ərzində ən çox ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 21 nəfər koronavirusun qurbanı olub.

Bundan əvvəlki rekord ötən gün, 19 nəfərin ölümü ilə qeydə alınmışdı.

Bu gün Avstraliyada yoluxanların sayı 414 nəfərə bərabər olub.

Ölkədə bu günədək koronavirusa yoluxanların sayı 21 397 nəfər, ölənlərin sayı isə 313 nəfərə çatıb.