20 iyul 2019 12:03
680

Avtobus dərəyə yuvarlanıb, 3 nəfər ölüb

Kolumbiyada mikroavtobusun dərəyə yuvarlanması nəticəsində azı 3 nəfər həyatını itirib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, hadisə cümə günü Kauka departamentinin Bolivar bələdiyyəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq 80 metr dərinliyində dərəyə yuvarlanıb.

Nəticədə 3 sərnişin yerində ölüb, daha 16 nəfər xəsarətlərlə yaxınlıqdakı xəstəxanlara yerləşdiriliblər.