03 iyul 2020 18:28
1242

Avtobuslarda sərnişin sıxlığına nəzarət ediləcək

Pandemiyadan əvvəl metro ilə gündəlik 600 min insan daşınırdı, hazırda isə metroda sərnişindaşıma 170 min ətrafındadır. “İki sahil” Trend-ə istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, şəhərə heç bir vacib səbəb olmadan gələnlərin qarşısının alınacağı təqdirdə çətinlik olmayacaq: "Metro bağlandığına görə, ekspres marşrut xətləri də bərpa olundu, sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq. Digər tərəfdən də mütəmadi monitorinq aparılacaq, avtobuslarda sərnişin sıxlığına nəzarət ediləcək. Bu məsələdə insanlar da həsas olmalıdır, sıxlıqdan yayınmaq üçün növbəti avtobusları gözləməlidir".