10 iyul 2020 17:36
1749

Ayasofya qərarı ləğv edilib

Ayasofyanın muzey kimi fəaliyyət göstərməsinə dair qərar ləğv edilib

İstanbulun fəthinin rəmzi hesab edilən Ayasofyanın muzey olaraq fəaliyyət göstərməsinə dair Türkiyə Respublikası Nazirlər Kabineti tərəfindən 1934-cü il noyabrın 24-də verilmiş qərar ölkənin Dövlət Şurasının iyulun 10-da qəbul etdiyi yeni qərara əsasən ləğv edilib.

Hazırda tikilinin yerləşdiyi ərazi mühafizəyə alınıb. Ayasofyanın bundan sonra məscid olaraq fəaliyyət göstərəcəyi gözlənilir.

1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Ayasofyada 85 il sonra 2016-cı ildə ilk dəfə azan oxunub. Bu tarixi abidədən bir sonrakı azan səsi isə İstanbulun fəthinin 567-ci il dönümü münasibətilə bu il mayın 29-da eşidilib. //AZƏRTAC