23 yanvar 2020 20:33
1386

Aytən Hüseynova Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 29 saylı Səbail seçki dairəsindən irəli sürülən Hüseynova Aytən Arif qızı bu gün təbliğat-təşviqat kampaniyası çərçivəsində Bibiheybət qəsəbəsi sakinləri ilə görüşdü.

Deputatlığa namizəd və təbliğat qrupunun üzvləri məhəllələrdə qəsəbə sakinləri ilə görüşdülər. Səmimi söhbət şəraitində keçən görüşlər zamanı YAP-ın deputatlığa namizədi Aytən Hüseynova 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi, ictimai-siyasi fəaliyyəti, eləcə də Milli Məclisə üzv seçilərsə görəcəyi işlər, qəsəbə üçün reallaşdırmağı düşündüyü inkişaf proqramı haqqında seçicilərə geniş məlumat verdi, sakinlərin qayğıları, problemləri ilə maraqlandı.

Seçicilər YAP-ın sədri, ölkə başçısı cənab İlham Əliyevin apardığı sürətli, dinamik islahatlardan, ölkənin hər yerində olduğu kimi Səbailin də abadlaşmasından, insanların rifah halının yaxşılaşmasından razılıqlarını bildirdilər.

YAP-ın deputatlığa namizədi seçiciləri 9 fevral tarixində fəal olmağa, seçki məntqələrinə gələrək siyasi iradələrini nümayiş etdirməyə və daha güclü Azərbaycan naminə YAP-ın rifah siyasəti kursuna səs verməyə dəvət etdi.