28 fevral 2020 15:07
1765

Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri bu il fevralın 1-nə 1 604,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 2,5% azalıb.

Bu, 2019-ci ilin fevralın 1-nə nisbətən 16,1% az, ötən ilin dekabrın 1-i ilə müqayisədə isə 12,2% azalıb.