19 sentyabr 2020 16:20
978

Azərbaycan bostan bitkilərinin ixracını artırır

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan 2,04 milyon dollar məbləğində bostan bitkisi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, səkkiz ay ərzində bostan bitkilərinin ixracı 4,3 min ton təşkil edib:

"İstehsal olunan məhsulun 68,6 faizi Rusiya, 25,2 faizi Ukrayna, 5,4 faizi Gürcüstana ixrac edilib".

O bildirib ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 363,2 min ton bostan bitkisi istehsal edilib və bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur:

"Bu ilin ilk beş ayı ərzində Azərbaycanda 19,25 min hektar ərazidə bostan bitkisi əkilib".