26 noyabr 2020 15:27
1387

Azərbaycan Fransaya NOTA VERDİ

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"İki sahil" xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, səfir XİN rəhbərinin müavini Fariz Rzayev tərəfindən qəbul edilib və ona nota təqdim edilib.

Qeyd edək ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərəzli qətnamə qəbul edib.