09 sentyabr 2019 22:01
272

Azərbaycan ilk xalını Xorvatiyadan aldı

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub.

E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.

Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub.


9 sentyabr

20:00. Azərbaycan - Xorvatiya - 1:1
Qollar: Modriç, 11-pen (0:1), Təmkin Xəlilzadə, 72 (1:1)
Baş hakim: Sandro Şerer
"Bakcell Arena"

22:45. Macarıstan - Slovakiya
"Qrupama Arena"