18 may 2020 21:09
1430

Azərbaycan klublarının məşqinə icazə verilməyib

"Son yumşalma mərhələsində futbol komandalarının kiçik qruplar şəklində məşqə başlamaları ilə bağlı qərar yoxdur". 

"Report"un məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, məsələ aktiv müzakirə fazasındadır: "Vəziyyətdən asılı olaraq, növbəti mərhələlərdə buna qayıdıla bilər". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.